Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub

04.07.2024 [21:41]

Xəbərin mətni

İyunun 4-də “Mirtalıblı Group” şirkətinin təşkilatçılığı ilə “Azerbaijan Best Awards” mükafatlandırma mərasimi keçirilib. Mükafata layiq görülənlər arasında AZƏRTAC və qurumun hüquqşünası Esmira Tağıyeva da var. AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən “Mirtalıblı Group” şirkətinin rəhbəri Ləman Mirtalıblı 2016-cı ildən etibarən hər il keçirilən tədbirin öz sahələrində uğurlu olan peşəkarları bir araya topladığına diqqət çəkib: “Bu tədbir təşkilatımızın müəllifi olduğu layihələrindən biri “Azerbaijan Best Awards” jurnalının builki nəşrinin təqdimatının aparılması məqsədilə keçirilir. Eyni zamanda, həm maarifləndirici, həm də Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, gələcəyimiz olan gənclər üçün motivasiya xarakteri daşıyır”.