Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıb

05.07.2024 [11:04]

Xəbərin mətni

DİN BNMİ əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində həyata keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 1997-ci il təvəllüdlü Nərgiz Məhərrəmova və 1990-cı il təvəllüdlü Elman Əhmədov saxlanılıblar. Onların üzərindən, habelə N.Məhərrəmovanın sərnişin qismində əyləşdiyi avtomobildən, kuryer şirkətlərindən birində çalışan E.Əhmədovun çantasından ümumilikdə 27  kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI