Azərbaycan Dövlət İnformasiya Agentliyi

Miкayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunur

05.07.2024 [15:03]

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra edir. Təmir işləri sözügedən küçənin Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissəsi üzrə aparılır. Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri icra olunur.