Qazilərə xüsusi idman protezləri verildi
05.07.2024 [17:00]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar daha 7 nəfər əlilliyi olan şəxs yüksək texnologiyalı xüsusi idman protezləri ilə təmin edilib. Jurnalistlərin xüsusi idman protezləri ilə təminatı prosesi ilə yaxından tanışlığı üçün Mərkəzə mediatur təşkil olunub.