CƏMİYYƏT


Ölkəmizdə “halal otel” sertifikatının verilməsi nəzərdə tutulur

Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə "halal hotel" sertifikatı veriləcəyi nəzərdə tutulur.  Belə olan halda artıq hotellər halal sertifikatlaşmadan keçib, özlərini müştərilərinə "halal hotel" kimi təqdim edə biləcəklər. Bəs maraqlıdır halal otel nədir və necə təşkil olunacaq? Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə bu standart dünyanın bir çox ölkələrində tətbiq edilir.