CƏMİYYƏT


Qubada “Mersedes” traktor qoşqusu ilə toqquşub, yaralananlar var

Quba rayonunun Əliməmmədoba kəndi ərazisində avtomobil qəzası baş verib. Hadisə zamanı "QAZ 53" markalı yük avtomobilinə qoşulan traktor qoşqusu açılıb və arxadan gələn "Mersedes Vito" ilə toqquşub. Qəza zamanı"Mercedes"də olan iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Quba rayon mərkəzi xəstəxanasına çatdırıblar. Faktla bağlı araşdırma aparılır.