Hirkan Milli Parkında şərti yanğın söndürüldü
08.07.2024 [11:10]
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Hirkan Milli Parkında “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə mümkün yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən aidiyyəti qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Hirkan Milli Parkın əməkdaşları iştirak ediblər. Tədbirin praktiki hissəsində Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının müvafiq qüvvələri cəlb edilməklə şərti meşə yanğınının söndürülməsi, eyni zamanda meşəətrafı ərazidə 6-8 metrlik məsafənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə iştirakçılara nümayiş etdirilib.