Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kövkəb Səfərəliyeva küçəsində yanğın olub

08.07.2024 [16:55]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 70 kvadratmetr olan üçotaqlı mənzildə baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mənzilin eyvanının plastikdən ibarət qapı və pəncərəsi və eyvana yerləşdirilmiş paltaryuyan maşın yanıb.
Mənzil yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.