CƏMİYYƏT
Xəzərdə balıqların kütləvi qırılmasının səbəbi
08.07.2024 [18:48]
Kütləvi şəkildə ölən balıqlar siyənək və xul, kefal növünə aiddir. Mütəxəssislər balıqların kütləvi şəkildə qırılmasının son illər tez-tez baş verən hadisə olduğu deyir. Bu isə suyun temperaturu ilə bağlıdır. Balıqların kütləvi qırılmasının Xəzər dənizinin Hövsan və Türkan sahillərində baş verməsi isə su ilə əhatə olunan ərazinin dayazlığı ilə bağlıdır. Bu da suyun daha tez qızmasına səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədlinin sözlərinə görə qeyd olunan ərazilərə kənar təsirlərin olub-olmaması ilə bağlı araşdırma aparılır.