Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oğuzda sahibkara məxsus üç obyektdə yanğın baş verib

09.07.2024 [10:46]

Xəbərin mətni

Oğuzun Kərimli kəndi ərazisində yerləşən və hər biri fəaliyyətdə olan aptek, geyim mağazası və baytarlıq aptekində hələlik bəlli olmayan səbəbdən güclü yanğın qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, yanğın hadisəsi aptekin yerləşdiyi otaqdan başlayıb. Daha sonra alov güclənərək bitişik binadakı baytarlıq apteki və geyim mağazasının da daxil olduğu ümumi sahəsi 170 m² olan obyekti əhatə edib. Yanğın zamanı aptek və içərisindəki dərman preparatlarının böyük hissəsi yanıb. Geyim mağazası və baytarlıq aptekinin tavan hissəsinə də ciddi ziyan dəyib.