CƏMİYYƏT


“Fövqəladə hallarda könüllülük” mövzusunda təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə Hallar Könüllüləri” proqramının və İtaliyanın Qızıl Xaç Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallarda könüllülük” mövzusunda təlim keçirilib.
Təlimdə “Fövqəladə Hallar Könüllüləri” proqramına cəlb olunmuş könüllülər, FHN-in axtarış-xilasetmə, yanğından mühafizə, mülki müdafiə, ilkin və psixoloji yardım, informasiya-kommunikasiya texnologiyalarının təşkili və təhlükəsizliyi üzrə təlimçiləri, Nazirliyin Akademiyasının əməkdaşları, həmçinin İtaliyanın Qızıl Xaç Cəmiyyətinin könüllülük fəaliyyəti üzrə mütəxəssisləri iştirak edib.