Qəbələdə narkotikə görə saxlanılan şəxsin oğurluq əməlinin üstü açılıb
10.07.2024 [10:26]
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 56 yaşlı Elçin Yaqubov saxlanılıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən xüsusi qulluq göstərilmiş narkotik tərkibli bitkilər aşkar edilib. Araşdırmalarla E.Yaqubovun rayonun Bum qəsəbəsində elektrik naqillərini oğurladığı da müəyyən edilib.