CƏMİYYƏT


Fərhad Abdullayev: Cəmiyyət və dövlət insanların seçki hüququnun təmin edilməsində maraqlıdır

Seçki prosesi dinamik və inkişaf edən bir prosesdir. Seçki demokratik cəmiyyətin mühüm amillərindən biridir. Müasir Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilmiş Konstitusiyada öz əksini tapıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə bildirib.