Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən daha bir kuryer saxlanılıb
10.07.2024 [18:28]
Xəbərin mətni
Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində həmin qanunsuz əməllərin daha bir iştirakçısı - paytaxt sakini Viktoriya Rzayeva saxlanılıb.