Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avtobus zolaqları ilə bağlı yeni layihə

10.07.2024 [19:52]

Artıq paytaxt yollarında xüsusi ayrılmış avtobus zolaqlarında avtobusların hərəkəti daha rahat təmin olunacaq. Belə ki, bu məqsədlə bütün sərnişin avtobuslarında xüsusi kameralar quraşdıralacaq ki, bunun vasitəsilə də avtobus zolağına daxil olan minik avtomobilləri qeydə alınaraq yol polisinə göndəriləcək. Məqsəd isə ictimai nəqliyyatın fasiləsiz hərəkətini təmin etməkdir.