CƏMİYYƏT
“İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi keçirilib
10.07.2024 [22:22]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımlardan danışıb, bu kateqoriyadan olan şəxslərin yaradıcı potensialının dəstəklənməsi istiqamətində ardıcıl işlər aparıldığını bildirib.