Hacıqabulda qəza: Ölən və yaralananlar var
11.07.2024 [12:52]
Bu gün səhər saatlarında Hacıqabulda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini 47 yaşlı Samir Məmmədovun idarə etdiyi Kamaz markalı yük avtomobilinin aşması nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər 70 yaşlı Firuzə Məmmədova və 69 yaşlı Sahib Məmmədov xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Qəza ilə bağlı araşdırma aparılır.