32 il əvvəl şəhidlik zirvəsinə ucalan beş döyüşçü Xocalıda dəfn edilib
11.07.2024 [14:24]
Xəbərin mətni
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri dəqiqləşdirilmiş daha beş şəhidin cəsədlərinin qalıqları Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı faciəsi zamanı itkin düşmüş Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu və Usubov Zakir Kamran oğlunun nəşinin qalıqları şəhid olduqları doğma yurdlarında torpağa tapşırılıb.