Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun

04.10.2024 [13:24]

Xəbərin mətni

"Bütün futbolçularımıza inanıram. Çünki onların nəyə qadir olduğunu yaxşı bilirəm".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və Slovakiya yığmaları ilə keçiriləcək oyunlardan öncə təşkil olunmuş mətbuat konfransında deyib.