Dünya çempionatında üç medal qazanan Azərbaycan atıcıları Vətənə dönüblər
09.10.2024 [16:41]
Xəbərin mətni
Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya çempionatında uğurlu çıxış etmiş Azərbaycan atıcıları Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Atıcılıq Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.