MÜSAHİBƏ
Baş danışıqçı: COP29-da qəbul edilməsi vacib olan təxminən 60 qərar var
11.10.2024 [15:18]
Xəbərin mətni
COP29-da ən böyük gözlənilən yeniliklər danışıqlar prosesində iqlim maliyyəsi ilə bağlı qərarın verilməsidir. İqlim maliyyəsi ilə bağlı ilk dəfə əsaslı bir sənədin qəbulu gözlənilir. COP29-da qəbul edilməsi vacib olan təxminən 60 qərar var. Onlardan ikisi xüsusilə vacibdir. Biri iqlim maliyyəsi, digəri karbon bazarlarının formalaşdırılması, tənzimlənən karbon bazarları ilə bağlıdır. Bu da Paris Sazişinin 6-cı maddəsi ilə əlaqədardır. Həmin iki qərarın qəbul edilməsi halında COP prosesi çərçivəsində tarixi nailiyyət hesab olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə müsahibəsində deyib.