İDMAN
Azərbaycan millisinin futbolçusu: Estoniya ilə oyundakı məğlubiyyəti unutdurmaq istəyirik
13.10.2024 [19:13]
Xəbərin mətni
"Matça ciddi hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Elvin Cəfərquliyev UEFA Millətlər Liqasının IV turunda Bakıda Slovakiya seçməsi ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, Estoniya ilə səfərdəki məğlubiyyəti unutdurmaq istədiklərini bildirib: "Son matçda fərdi səhvlər etdik. Müdafiədə də zəif idik. Qol vəziyyətlərimiz çox oldu. Təəssüf ki, bunu bacarmadıq və rəqib bundan istifadə etdi. Slovakiya ilə matçda xal qazanmaq niyyətindəyik".