Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Bakıda gimnastikanın “TeamGym” növü üzrə Avropa çempionatının açılış mərasimi olub

16.10.2024 [20:31]

Xəbərin mətni

Bakıda ilk dəfə keçirilən gimnastikanın “TeamGym” növü üzrə 15-ci Avropa çempionatının açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələrin bayraqları arenanın mərkəzinə gətirilib. Gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov Bakının ilk dəfə bu növ üzrə qitə çempionatına ev sahibliyi etməsinin böyük uğur olduğunu bildirib. Azərbaycan Gimnastika Federasiyasının yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu vurğulayan nazir bunun davamlı olmasını arzulayıb.