DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 3 yaşı oldu
22.10.2024 [12:19]
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaranmasından 3 il ötür. Bu münasibətlə Mərkəzin fəaliyyətinə həsr olunmuş tanıtım çarxı təqdim olunub.
Qeyd edək ki, 22 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda bu tipli ilk ən böyük müəssisə hesab edilir.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə bu müddət ərzində 5 həssas kateqoriyadan olan 580-ə yaxın şəxsə xidmət göstərilib. Hazırda həssas əhali qruplarından olan 160-a yaxın benefisiar təlimlərdən yararlanır.
Mərkəz inklüziv cəmiyyətin inkişafı, sosial bərabərliyin dəstəklənməsi məqsədi ilə yaradılmış unikal təşəbbüsdür və bu vaxtadək həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün 100-dən çox tədbir təşkil olunub.