Yol polisi gücləndirilmiş rejimdə işləyir
22.10.2024 [13:27]
Xəbərin mətni
Yağışlı hava şəraiti ilə əlaqədar küçə və prospektlərdə təhlükəsizliyi, o cümlədən nəqliyyatın intensivliyini təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirilib ki, nasazlıq səbəbindən yollarda qalan avtomobillərin sürücülərinə polis əməkdaşları köməklik göstərərək, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən çıxarılmasını təmin ediblər.