Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb

23.10.2024 [17:52]

Xəbərin mətni

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Kamran Rüstəmov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onun üzərindən külli miqdarda tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və narkotik vasitələrin satışında istifadə olunan elektron tərəzi aşkar edilib.