Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masa keçirilib
24.10.2024 [13:28]
Xəbərin mətni
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 24-də Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxışında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Azərbaycanda mina qurbanlarının sayına diqqət çəkib: “Təəssüf ki, Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir. Avropa ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın mina probleminə etinasız yanaşırlar”.