Azərbaycan Dövlət İnformasiya Agentliyi

Leyla Həsənova: Gənclər innovativ fikirləri və texnoloji həlləri ilə iqlim dəyişikliklərinə qarşı mübarizədə dönüş yarada bilərlər

24.10.2024 [15:54]

Xəbərin mətni

Gənclər iqlim dəyişikliyi ilə mübarizəyə böyük töhfə verə bilərlər. Ümumiyyətlə, ətraf mühit savadlılığını təhsilin bütün mərhələlərində inkişaf etdirmək lazımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29-un Gənc iqlim çempionu Leyla Həsənova oktyabrın 24-də Bakı Konqres Mərkəzində keçirilən “İqlim dəyişiklikləri və enerji hüququ” konfransında çıxışı zamanı söyləyib.