Qərbi azərbaycanlı ailə: Ermənilər dedi ki, kənddən çıxmasanız, sizi qıracağıq
24.10.2024 [17:57]
İbrahimovlar ailəsi vaxtı ilə ermənilər tərəfindən deportasiya olunan ailələrdən sadəcə biridir. Onlar Noyemberyan adlandırılan Barana rayonunun Yuxarı Körpülü kəndində yaşayırdılar. Ailə başçısı Aydın İbrahimov deyir ki, kənddə ikimərtəbəli ev qurublar, bağ-bağat salıb xoşbəxt ömür sürüblər. Ailənin əsas gəliri təsərrüfatla bağlı olub. Hər mövsümdə bağın meyvələrini satıb, yaxşı dolanıblar. Ailənin bu firavan yaşayışı isə 1987-ci ilin sonlarına kimi davam edib.