Laçın və Kəlbəcər ərazilərində də külək potensialının ölçülməsi işlərinə start verilib.
24.10.2024 [19:44]
Ümumi gücü 240 meqavat olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam etdirilir. Külək turbinlərinin quraşdırma işlərinə isə ilk dəfə olaraq Abşeron ərazisindən başlanılacaq. Stansiya iki məkanda - Abşeron rayonunun Zona-1 və Xızı rayonunun Xızı-3 ərazilərində inşa ediləcək.