Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaydaları pozan sürücülər barədə inzibati tənbeh tədbirləri görülüb

24.10.2024 [20:25]

Xəbərin mətni

İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə rayon ərazisində növbəti profilaktik tədbir keçirib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Təmiz hava" aylığı çərçivəsində keçirilən tədbir zamanı avtomobillərdən havaya atılan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb və onlara avtomobillərin saz vəziyyətdə saxlanılmasının vacibliyi çatdırılıb.