Özbəkistanlı jurnalistlər işğaldan azad olunmuş ərazilərimizə səfər ediblər
24.10.2024 [20:45]
Xəbərin mətni
Azərbaycanın Özbəkistandakı səfirliyi, onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə oktyabrın 21-dən 25-dək özbəkistanlı jurnalistlərin ölkəmizə mediaturu təşkil olunub. Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mediatur iştirakçıları Bakı, Füzuli, Şuşa, Ağdam, Laçın və Zəngilan rayonlarında olub, həmin ərazilərdən materiallar, məqalələr və videoreportajlar hazırlayıblar. Mediatur Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” və ICESCO təşkilatı tərəfindən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar təşkil olunub.