Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP tarixində bir ilk: "Çağrı Mərkəzi" fəaliyyət göstərəcək

25.10.2024 [16:18]

Xəbərin mətni

Noyabrdan etibarən COP29-la bağlı xüsusi "Çağrı Mərkəzi" yaradılacaq. Bu indiyə qədər keçirilən COP tədbirləri çərçivəsində bir ilk olacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov deyib: "Konfrans iştirakçıları və şəhərimizin qonaqları tədbirlə bağlı hansısa sualları olduqda "Çağrı Mərkəzi"nə müraciət edərək məlumat əldə edə biləcəklər.”

BÖLMƏNİN DİGƏR VİDEOLARI