Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Köməksiz vəziyyətdə qalan maral xilas edilib

26.10.2024 [16:38]

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalınının Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində maralın kanala düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və maralı kanaldan xüsusi vasitələrlə çıxarıb xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI