Veloyürüş: “Kiçik addımlar - böyük təsir”
26.10.2024 [18:57]
Xəbərin mətni
Azərbaycanın ev sahibliyi edəcəyi COP29 beynəlxalq iqlim konfransına həsr olunmuş tədbirlər çərçivəsində Bakı Avropa Liseyinin 4p2 sinfinin şagirdləri, sinif rəhbəri Nigar Rəhmanova və şagirdlərin valideynləri iqlim dəyişikliyi ilə mübarizə və istixana qazları emissiyalarının azaldılması məqsədilə ictimaiyyətin diqqətini ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən istifadə olunmasına cəlb etmək üçün dəstək aksiyası keçirmək qərarına gəliblər.
Bu barədə AZƏRTAC-a Bakı Avropa Liseyindən məlumat verilib. Bildirilib ki, aksiya “Kiçik addımlar - böyük təsir” şüarı altında baş tutub.