Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP-ın təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyununun bağlanış mərasimi keçirilib

26.10.2024 [20:25]

Xəbərin mətni

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ümumrespublika “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Nə? Harada? Nə zaman?” intellektual oyununun nəticələri barədə hesabat verib.