Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar
28.10.2024 [11:28]
Xəbərin mətni
Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyahlar qrupu Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidə - Xudafərin körpüsündə olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahlar Araz çayı üzərində yerləşən Xudafərin körpüsü ilə yaxından tanış olublar. Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında səyyahlara məlumat verilib.