Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb

28.10.2024 [14:01]

Xəbərin mətni

Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyahlar qrupu işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonuna gələn səyyahlar işğaldan azad edilən Kənd Horadiz ərazisində ANAMA tərəfindən aparılan mina təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, Kənd Horadizin ərazisində əsasən tank əleyhinə minalar basdırılıb. Axtarış zamanı ərazidə partlamamış silah-sursatlar da aşkarlanır. Qeyd edilib ki, işğal zamanı ərazilər tank əleyhinə minalarla bərabər, piyada əleyhinə minalarla və digər partlayıcı qurğularla da həddən çox çirkləndirilib və aşkarlanan piyada əleyhinə minalar Ermənistan istehsalıdır.