Vətən müharibəsi zamanı məşhurlaşan Hikmət baba “YAŞAT” Fonduna ianə edib
28.10.2024 [20:36]
Xəbərin mətni
Şəkinin Baş Küngüt kəndinin sakini Hikmət babanı Vətən müharibəsində hamımız üçün örnək ola biləcək addımından sonra tanıdıq. Həmin vaxt Hikmət baba təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürməklə çoxlarının qəlbini fəth etmişdi. O, bu xeyirxah əməlini hər ay “YAŞAT” Fonduna ianə etməklə bu gün də davam etdirir.