Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərqiyyə Dadaşova: Məcburi köçkün sözü keçmişdə qaldı

29.10.2024 [14:43]

İşğaldan azad edilmiş ərazilərdə insanlar üçün rahat və təhlükəsiz şərait yaradılır. Buna görə də hamı tez bir vaxtda doğma yurda qayıtmaq istəyir. Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova Böyük Qayıdış prosesi ilə bağlı fikrini belə ifadə edib. O, “məcburi köçkün” sözünün “keçmiş məcburi köçkün” sözü ilə əvəz edilməsinin sevinc hissi doğurduğunu bildirib.