Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sosial şəbəkələrdə “BakıKart”ın adından saxta səhifələr yaradılıb

29.10.2024 [18:02]

4 manat ödə, 6 ay metro və avtobuslardan pulsuz istifadə et. Bəli, ilk baxışdan cəlbedici və sərfəli görünsə də, bu, kibercinayətkarların yeni dələduzluq növüdür. Belə ki, onlar sosial şəbəkələrdə "Bakı İctimai Nəqliyyat kartı" adı altında səhifələr yaradaraq 4 manat ödəməklə 6 aylıq limitsiz “BakıKart”ın əldə olunması təklif edilir. İnformasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasovun sözlərinə görə, kiberdələduzlar bu cür elanların daha inandırıcı olması üçün həmin səhifələrdə ilk mərhələdə vətəndaşlarla müxtəlif mövzularda onlayn sorğu da keçirirlər.