Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN hava limanlarında təlim keçirib

30.10.2024 [10:11]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti razılaşdırılmış plan-qrafik əsasında ölkə ərazisində fəaliyyət göstərən bəzi hava limanlarında birgə təlimlər keçirib.
AZƏRTAC xəbər veirir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunda, Gəncə, Qəbələ, Füzuli və Naxçıvan hava limanlarında keçirilmiş təlimlərdə məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanları ilə Fövqəladə Hallar Nazirliyi arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsinin təşkili olunub.