Azərbaycan Dövlət İnformasiya Agentliyi

NİİM: Piyada keçidindən istifadə etməmək və sürücü diqqətsizliyi təhlükə yaradır

30.10.2024 [14:44]

Xəbərin mətni

Piyada keçidindən istifadə etməmək, sürücü diqqətsizliyi və düzgün ara məsafəsi saxlamamaq təhlükə yaradır. Bu, yol-nəqliyyat hadisəsinin baş verməsinə və yollarda sıxlığın yaranmasına səbəb olur.
Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə NİİM və Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.