Azərbaycanda ilk dəfə COP29-da qida tullantılarının yenidən emalı aparılacaq
31.10.2024 [14:42]
Xəbərin mətni
COP29-un keçiriləcəyi Bakı Stadionu ərazisində 4 mətbəx fəaliyyət göstərir. Bunun üçü Mavi Zonada, biri isə Yaşıl Zonada yerləşir.
AZƏRTAC xəbər verir ki, bu barədə COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.