Xocalı şəhərində Böyük Qayıdışa dair fləşmob təşkil olunub
01.11.2024 [16:20]
Xəbərin mətni
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob təşkil edib. Fləşmobda doğma yurda qayıdan keçmiş məcburi köçkün həmvətənlərimiz olan azyaşlılar iştirak ediblər. Fləşmob haqqında hazırlanmış videoçarxda Xocalı şəhərindən kadrlar verilib və Xocalının ən gənc sakinlərinin dilindən Azərbaycan şairi Abdulla Şaiqin “Vətən” şeiri səsləndirilib.