Tərtərdə şəhid Möhübbət Mustafayevlə vida mərasimi keçirilib
01.11.2024 [18:19]
Xəbərin mətni
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Mustafayev Möhübbət Qənimət oğlu Tərtər rayonunda dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlə vida mərasimi Tərtər şəhərindəki Şəhidlər abidə kompleksində keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Tərtər və Kəlbəcər Rayon İcra Hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.