Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda Birinci Qarabağ müharibəsinin mülki şəhidi torpağa tapşırılıb

01.11.2024 [18:27]

Xəbərin mətni

Birinci Qarabağ müharibəsi dövründə - 31 il əvvəl itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən mülki şəhid Səfərov Cahangir Səfəralı oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında keçirilən vida mərasimində rayon sakinləri, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra Cahangir Səfərovun nəşi torpağa tapşırılıb.