CƏMİYYƏT


Şəhid övladlarının iştirakı ilə “Zəfər körpüsü” layihəsi həyata keçirilib

44 nəfər şəhid övladını əhatə edən layihə çərçivəsində I və II Qarabağ müharibəsi şəhidlərinin övladları bir araya gətirilib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Rabitəbank” ASC-nin birgə təşkilatçılığı ilə Zəfər günü ərəfəsində şəhid övladlarının iştirakı ilə “Zəfər körpüsü” layihəsi həyata keçirilib. 44 nəfər şəhid övladını əhatə edən layihənin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhid övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirmək, motivasiyasını artırmaq, uğurlu kadr kimi inkişaf etmələrini stimullaşdırmaqdır.