Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib

03.11.2024 [10:34]

Xəbərin mətni

Kürdəmirdə ağır yol qəzası qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax avtomobil yolunda, Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan iritutumlu yük maşını ilə toqquşub. Hadisə nəticədə mikroavtobusda müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan iki nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.