CƏMİYYƏT


Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir

Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir zamanı çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov indiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünasın prokurorluq işçilərinin 89,1 faizini təşkil etdiyini diqqətə çatdırıb.